...

Keçmiş məcburi köçkünlərin reinteqrasiya tədbirlərinə 3 milyon manata yaxın vəsait ayrıldı

İqtisadiyyat Materials 21 Aprel 2025 08:37 (UTC +04:00)
Keçmiş məcburi köçkünlərin reinteqrasiya tədbirlərinə 3 milyon manata yaxın vəsait ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa və quruculuq işləri uğurla davam etdirilməkdədir. Bu işlər çərçivəsində mərhələli şəkildə keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına geri dönürlər. Bir sözlə, Qarabağda həyat yenidən dirçəlir.

Trend-in əldə etdiyi məlumata görə, sözügedən addımların davamı olaraq əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkilinə də sərf olunacaq vəsaitin həcmi müəyyənləşdirilib.

Belə ki, qeyd olunan işlərin yerinə yetirilməsi ilə bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyi ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, ictimai birliyə 2,9 milyon manat ödənilib.

Qeyd edək ki, görüləcək işlərin həvalə olunduğu ictimai birlik 2014-cü ildə dövlət qeydiyyatına alınıb. İctimai birliyin qanuni təmsilçisi Dadaşov Yasin Şirin oğludur.

Xəbər lenti

Xəbər lenti