...

Pakistanın baş naziri Lahor-Bakı aviareyslərinin bərpasını alqışlayıb

Siyasət Materials 21 Aprel 2025 10:33 (UTC +04:00)
Pakistanın baş naziri Lahor-Bakı aviareyslərinin bərpasını alqışlayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın baş naziri Şahbaz Şərif Lahor şəhəri ilə Bakı arasında birbaşa aviarabitənin bərpa olunmasını alqışlayıb.

Trend xəbər verir ki, bununla bağlı baş nazirin bəyanatında deyilir.

"Pakistan International Airlines (PIA) aviaşirkəti tərəfindən Lahor və Bakı arasında iki illik fasilədən sonra birbaşa reyslərin bərpasını səmimi qəlbdən alqışlayıram – bu, turizmin inkişafı və qardaş ölkələrimiz arasında regional əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm bir mərhələdir.

Biz Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə sadiq qalırıq və bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik",- bəyanatda qeyd olunub.

Qeyd edək ki, Pakistanın PİA milli hava yolları şirkəti bazar günü Lahordan Bakıya birbaşa hava reyslərini bərpa edib.

Uçuşlar həftədə iki dəfə - bazar və çərşənbə günləri həyata keçiriləcək. Eyni zamanda AZAL İslamabad, Lahor və Karaçiyə reyslər həyata keçirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti