Bakı. Trend:
Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb.
DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış
tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq
15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb
olunması təmin edilib.
Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə
həbs qətimkan tədbiri seçilib.