Bakı. Trend:
ABŞ-nin “Ford” avtokonserni Pekinlə Vaşinqton arasında gedən ticarət müharibəsi ilə əlaqədar Çinə avtomobil tədarükünü dayandırıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar Çinin ABŞ mallarına tətbiq etdiyi idxal rüsumlarının çox yüksək olması ilə əlaqədardır.
Məlumata görə, tədarükü dayandırılan modellər bunlardır: “F-150 Raptor”, “Mustang”, “Bronco”, “Lincoln Navigator”
“Ford” şirkəti hal-hazırda bir sıra avtomobillər üçün 150% təşkil edən gömrük rüsumlarını ödəməyi planlaşdırmadığını diqqətə çatdırıb.