...

Moskvada yeniyetmələr bıçaq və çəkiclə qatara hücum ediblər: yaralılar var

Dünya xəbərləri Materials 21 Aprel 2025 11:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada İstintaq Komitəsi yeniyetmələrin Moskvanın şəhər kənarında elektrik qatarının 3 sərnişininə hücumu faktı üzrə xuliqanlıq maddəsi ilə cinayət işi açıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Rusiyanın İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, yeniyetmələr Aleksandrov–Moskva elektrik qatarında balon spreydən istifadə edib və bıçaq və çəkiclə üç sərnişinə qarşı zorakılıq tətbiq edib. Nəticədə həmin şəxslərdən ikisi xəsarət alıb.

İnsidentlə bağlı araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti