Bakı. Trend:
İspaniyanın Nazirlər Şurası Roma Papası Fransiskin vəfatı ilə bağlı ölkədə üç günlük matəmin elan olunması haqda qərar çıxarıb.
Trend-in xəbərinə görə, bu barədə krallığın ədliyyə naziri Feliks Bolanyos bəyanat verib.
“İspaniya hökuməti Papa Fransiskin vəfatı ilə bağlı üç günlük rəsmi matəm elan edəcək”, - deyə o bildirib.
Bolanyos bəyanatında argentinalı pontifikin katolik kilsə islahatlarına və yenilənməyə bir təkan verdiyini, onun tarixdə iz qoyduğunu vurğulayıb.