...

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından boğularaq ölüb

Hadisə Materials 21 Aprel 2025 12:12 (UTC +04:00)
Tərtərdə bir ailənin 4 üzvü dəm qazından boğularaq ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Trend-in əldə etdiyi məlumata görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Belə ki, qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü -Tağızadə Rüfət Mais oğlu,
onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti