...

Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib

İdman Materials 21 Aprel 2025 13:23 (UTC +04:00)
Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Zirə”nin futbolçusu Məqsəd İsayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Trend Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi 31-ci turun “Sumqayıt”la ev görüşünə (3:1) təsadüf edib.

Məlumata görə, M.İsayev Premyer Liqada keçirdiyi 250 oyunda 6 qola imza atıb. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 76-cı futbolçudur. Müdafiəçi “Neftçi”də 75, “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20, “Qəbələ”də 61 (3 qol), “Zirə”də 49 (1 qol) matça çıxıb.

Qeyd edək ki, Məqsəd İsayev Premyer Liqada 2013-cü il noyabrın 30-da keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə (1:2) debüt edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti