...

Soydaşlarımız Ukraynada humanitar yardım aksiyası keçiriblər (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2025 15:25 (UTC +04:00)
Soydaşlarımız Ukraynada humanitar yardım aksiyası keçiriblər (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı diaspor fəalları Pasxa bayramı ərəfəsində Lvovda humanitar yardım aksiyası keçiriblər.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamentinin, yerli YUNKOR Gənclər İcmasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Lvovda Pasxa bayramı münasibətilə əsgərlərə, hərbçilərə humanitar yardım göstərib.

“Azərbaycanın Ukraynadakı diasporu dövlətimizin siyasətinə uyğun olaraq humanitar aksiyaları davam etdirir”, - deyə Konqresin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov bildirib.

Qeyd edilib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və digər diaspor təşkilatları mütəmadi olaraq Ukraynada yaşayan həmvətənlərimiz və yerli icmalar arasında sosial həmrəyliyi və dəstəyi gücləndirməyə yönəlmiş layihələr həyata keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti