Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 22-23-də Özbəkistana rəsmi səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, səfər zamanı ölkə prezidenti ilə söhbət, həmçinin Özbəkistanın xarici işlər naziri ilə danışıqlar planlaşdırılır.
"Əsas diqqətin ikitərəfli hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək inkişafı məsələlərinə yönəldiləcəyi gözlənilir", - deyə o əlavə edib.