...

Binəqədidə baş vermiş yanğın zamanı 5 ağaca ziyan dəyib (FOTO)

Hadisə Materials 21 Aprel 2025 16:59 (UTC +04:00)
Binəqədidə baş vermiş yanğın zamanı 5 ağaca ziyan dəyib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

20 aprel 2025-ci il tarixində Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, “Tayqa” marketin anbarında baş verən yanğın zamanı 5 ağacın yanaraq məhv olması nəticəsində təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Trend xəbər verir ki, bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, faktla bağlı akt tərtib olunub:

"Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti