Bakı. Trend:
Londonda Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar aprelin 23-də başlayacaq.
Trend-in məlumatına görə, bu barədə Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə telefon danışığından sonra "X" sosial şəbəkəsində yazıb.
"Bu çərşənbə günü nümayəndələrimiz Londonda fəaliyyət göstərəcəklər. Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ", - deyə o bildirib.
Onun sözlərinə görə, Kiyev qeyd-şərtsiz atəşkəs əldə etməyə çalışacaq.