...

Sumqayıtda fabrikdə zəhərlənmə hadisəsi nəzarətə götürülüb - AQTA

Cəmiyyət Materials 21 Aprel 2025 17:27 (UTC +04:00)
Sumqayıtda fabrikdə zəhərlənmə hadisəsi nəzarətə götürülüb - AQTA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə hadisəsi Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional böməsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıblar.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək",- deyə əlavə edilib.

Qeyd edək ki, Sumqayıtda tekstik fabrikində kütləvi zəhərlənmə olub. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti