Bakı. Trend:
Qadın voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçirilib.
Trend xəbər verir ki, “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş “Abşeron”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında ikinci matç aprelin 24-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən məlum olacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.