Bakı. Trend:
Niderland Kubokunun 2024/2025 mövsümünün final oyunu baş tutub.
Trend-in məlumatına görə, həlledici qarşılaşmada "Alkmaar" və "Qou Ehed İqlz" komandaları üz-üzə gəlib.
Rotterdamda keçirilən oyunda "Alkmaar" hesabı açaraq qələbəyə yaxın olsa da, rəqib komanda 90+9-cu dəqiqədə hesabı bərabərləşdirib. Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq zərbələr vuran "Qou Ehed İqlz" tarixində ilk dəfə titul qazanaraq ən böyük nailiyyətinə imza atıb.
Bu uğur komandanı Avropa Liqasına vəsiqə ilə mükafatlandırıb.