...

Birinci rübdə açıq məkanda 6950 reklamın yayımı dayandırılıb

Cəmiyyət Materials 21 Aprel 2025 17:47 (UTC +04:00)
Birinci rübdə açıq məkanda 6950 reklamın yayımı dayandırılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 1-ci rübündə ümumilikdə 48701 obyektə baxış keçirilib, açıq məkanda 6950 reklamın yayımı dayandırılıb.

Trend-in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) keçirilən 2025-ci ilin ilk üç ayı ərzində ölkə üzrə açıq məkanda reklam sahəsində görülən işlərin nəticələrinə həsr olunmuş hesabat iclasında məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk 3 ayında reklam yayımlamaq üçün Agentliyə 15218 müraciət daxil olub, 85364 reklamın yayımına icazə verilib.

Vurğulanıb ki, hesabat dövründə qeyri-qanuni reklamların sayı əvvəlki rüblərlə müqayisədə azalıb. Bu isə həm maarifləndirici tədbirlərin genişləndirilməsi, həm də nəzarət mexanizmlərinin gücləndirilməsi ilə əlaqələndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti