...

Roma Papası “postuna” dörd namizəd var - SİYAHI

Dünya xəbərləri Materials 21 Aprel 2025 17:05 (UTC +04:00)
Roma Papası “postuna” dörd namizəd var - SİYAHI
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda Fransiskin ölümündən sonra Roma Papası postuna dörd kardinal namizəddir.

Trend xəbər verir ki, bu barədə “The Daily Mail” (DM) yazır.

Məlumata əsasən, namizədlərdən biri Filippinin paytaxtı Maniladan olan arxiyepiskop Luis Antonio Taqledir. Jurnalistlər qeyd edirlər ki, o, konklavda səs çoxluğu qazanacağı təqdirdə Asiya əsilli ilk pontifik kimi tarixə düşəcək, eyni zamanda, “ən liberal Roma papası” olacaq.

Digər namizəd Vatikanın dövlət katibi Pyetro Parolindir. O, dəfələrlə beynəlxalq münaqişələrin nizamlanmasında iştirak edib və buna görə “Vatikanın misilsiz diplomatı” reputasiyasını qazanıb.

Üçüncü namizəd əslən Macarıstandan olan arxiyepiskop Esterq Budapeştli Peter Erdyodur. Dördüncü namizədin isə Keyp-Kostun keçmiş yepiskopu Piter Turksondur. Jurnalistlər qeyd edirlər ki, o, tarixin ilk qaradərili Roma Papası ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti