...

Fransada idarədən bir milyon avroluq dərman oğurlanıb

Dünya xəbərləri Materials 22 Aprel 2025 07:20 (UTC +04:00)
Fransada idarədən bir milyon avroluq dərman oğurlanıb

Bakı. Trend:

Fransanın Nanterr şəhərində Sağlamlıq avadanlıqları və məhsulları üzrə Baş İdarəsinin (AGEPS) binasından bir milyon avro dəyərində xərçəng dərmanı oğurlanıb.

Trend-in məlumatına görə, istintaqın ilkin nəticələrinə görə, bir və ya bir neçə oğru bazar günü gecə saat 03:00-dan 4:00-a kimi içəri daxil olub, içərisində dərman olan qutuları oğurlayıb, digər qutuları isə çıxararaq yararsız hala salıblar.

Mühafizə işçisi köynək və əlcək geyinmiş şəxslə rastlaşsa da, onun qarşısını ala bilməyib və polisə xəbər verib. Bina videomüşahidə ilə təchiz olunub. Öz növbəsində, Fransa səhiyyə qurumu Dövlət Yardımı-Paris Xəstəxanası da idarədə şübhəli oğurluq olduğunu təsdiqləyib. İstintaq davam etdiyi üçün əlavə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti