...

Bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2025 10:58 (UTC +04:00)
Bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Trend-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:

1. Xətai rayonu, Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsi (ticarət mərkəzinin yaxınlığı);

2. Nərimanov rayonu, Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, hər iki istiqamətdə təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.

Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, dairədən ("Şəki" restoranın qarşısı) “Nərimanov” m/st istiqamətində;

2. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Səbail rayonu, Badamdar şosesi və Əziz Nəzərov küçəsinin kəsişməsində;

4. Səbail rayonu, Badamdar şosesi, (Caspian İnternational Hospitalın yaxınlığı), mərkəz istiqamətində yolda təmir işləri aparılır.

Xəbər lenti

Xəbər lenti