Bakı. Trend:
Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri ictimai nəqliyyat qiymətlərinin qalxmasına qarşı etiraz aksiyasına başlayıblar.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayılıb.
Məlumata görə, etirazlarını bildirmək üçün İrəvan yaxınlığında yerləşən kəndlərin sakinləri ölkənin əsas avtomagistralını, o cümlədən Gürcüstanla sərhəddə aparan yolu bağlayıb. Hadisə yerinə çoxlu sayda polis səfərbər olunsa da, onlar hələ ki, nəqliyyatın hərəkətinin bərpa olunması üçün hər hansı müdaxilə etmirlər.
Qeyd edilir ki, bundan əvvəl aprelin 10-da da oxşar etiraz aksiyası keçirilmişdi.