...

Aprel ayının pensiya ödənişi yekunlaşdırılıb

Cəmiyyət Materials 22 Aprel 2025 12:53 (UTC +04:00)
Aprel ayının pensiya ödənişi yekunlaşdırılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya ödənişini yekunlaşdırıb.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 10-da Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

"Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti