...

Qurumların fəaliyyətinə elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı pilot layihələrin başladılması təklif edilir

Cəmiyyət Materials 22 Aprel 2025 12:35 (UTC +04:00)
Qurumların fəaliyyətinə elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı pilot layihələrin başladılması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatasının 2024-cü ilə dair hesabatında üsusilə diqqət yetirdiyim məsələ – bəzi hallarda büdcə vəsaitlərinin səmərəli xərclənməməsidir. Ayrılmış vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən səviyyədə olmur. Bu, təkcə maliyyə intizamı ilə bağlı deyil, eyni zamanda nəticəyönümlü idarəetmənin tətbiqində mövcud boşluqlarla da əlaqəlidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, klassik yoxlamalarla yanaşı, texnoloji imkanlardan istifadə etməklə elektron nəzarət sistemlərinin tətbiqinə ciddi ehtiyac var:

“Bizim nəzarət yanaşmamız da müasirləşməlidir. Bu sistemlər vasitəsilə dövlət qurumlarının xərcləri real vaxt rejimində izlənə bilər. Həm səmərəlilik artır, həm də ictimai nəzarət imkanları genişlənir. Bu addım korrupsiya risklərinin qarşısını almaqda və vətəndaşın dövlətə olan inamını gücləndirməkdə mühüm rol oynaya bilər.

Burada beynəlxalq standartlara istinad etməyi də zəruri hesab edirəm. 1977-ci ildə qəbul olunmuş Lima Deklarasiyasının prinsiplərinə əsasən, dövlət maliyyə nəzarətində hesabatlılıq yalnız xərclənən vəsaitlə məhdudlaşmamalı, proqram və fəaliyyət indikatorları üzərindən də aparılmalıdır. Yəni əsas sual budur: ayrılan vəsait hansı nəticəni verdi? Nə dəyişdi? Cəmiyyətə təsiri nə oldu? Bu yanaşma bizə daha obyektiv və nəticəyönümlü qərarlar qəbul etməyə imkan verər”.

Deputat qaldırdığı məsələ ilə bağlı təkliflərini də dilə gətirib.

“Bununla əlaqədar təklif edirəm ki, elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı müvafiq pilot layihələr başlasın və mərhələli şəkildə genişləndirilsin. Hesablama Palatasının hesabatlarında nəticə indikatorları da əhatə olunsun – yəni, yalnız “nə qədər xərcləndi?” sualı deyil, “nə dəyişdi?” sualına da cavab verilsin. İrəli sürülən irad və tövsiyələr praktiki nəticələrə yönəldilsin – yəni bu hesabatlar müvafiq dövlət qurumlarının fəaliyyətində real düzəlişlərə səbəb olsun”, - deyə M.Cəfərov çıxışını tamamlayıb.

Xəbər lenti

Xəbər lenti