...

Türkiyədə Misir şirkətlərinin qeydiyyatı və sərmayəsi azalıb

Dünya xəbərləri Materials 22 Aprel 2025 15:50 (UTC +04:00)
Türkiyədə Misir şirkətlərinin qeydiyyatı və sərmayəsi azalıb

Bakı. Trend:

2025-ci ilin mart ayında Türkiyədə Misir kapitalı ilə 14 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 şirkət azdır.

Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 10 milyon 900 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 10 milyon 600 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin mart ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (14) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 10 milyon 900 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin mart ayında Türkiyədə Misir kapitalı ilə 10 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti