...

İşə düzəltmək adı ilə dələduzluq edən keçmiş məhkum ələ keçdi (FOTO)

Hadisə Materials 22 Aprel 2025 17:06 (UTC +04:00)
İşə düzəltmək adı ilə dələduzluq edən keçmiş məhkum ələ keçdi (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəyən, əvvəllər də məhkum olunmuş Culfa rayon sakini Yusifov Araz saxlanılıb.

"Faktla bağlı Babək Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir .

A.Yusifovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti