...

Rusiya Azərbaycana elektrik enerjisi satışını azaldıb

İqtisadiyyat Materials 22 Aprel 2025 11:55 (UTC +04:00)
Rusiya Azərbaycana elektrik enerjisi satışını azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Rusiyadan 15,9 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 478 min ABŞ dolları olub.

Rusiyadan elektrik enerjisi idxalı 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə həcm ifadəsi ilə 0,8 milyon kVt/saat və ya 4,8%, dəyər ifadəsi ilə 3 min ABŞ dolları, yaxud da 0,6% azalıb.

Ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana 16,7 milyon kVt/saat həcmində, 481 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib.

Qeyd edək ki, cari ilin ilk iki ayında Azərbaycana 19 milyon kVt/saat həcmində, 581 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib. Azərbaycana Rusiyadan, Gürcüstandan və İrandan elektrik enerjisi idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti