...

Fransa rusiyalı diplomatları Qələbə günü münasibətilə anım tədbirlərinə çağırmayıb

Dünya xəbərləri Materials 22 Aprel 2025 16:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hökuməti Qələbə günü münasibətilə keçirilən anım tədbirlərinə rusiyalı diplomatları dəvət etməyib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkovun Faşist Almaniyası üzərində qələbədə Sovet İttifaqının həllidici rolunu, onun İkinci Dünya Müharibəsində 27 milyon nəfərə yaxın itki verdiyini xatırladaraq, belə bir tədbirə rusiyalı nümayəndələrin çağırılmamasını pisləyib.

“Buna baxmayaraq, rusiyalı nümayəndələr artıq birinci il deyil ki, Fransada faşizm üzərində qələbəyə həsr olunmuş rəsmi anım tədbirlərinə dəvət olunmurlar”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Almaniya da Rusiya və Belarusun rəsmi nümayəndələrini Berlin və Brandenburqda Üçüncü Reyxin məğlubiyyəti münasibətilə keçiriləcək tədbirlərə dəvət etməmək qərarına gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti