...

"Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə səhələrə nəzərən İCRA FAİZLƏRİ

İqtisadiyyat Materials 22 Aprel 2025 15:01 (UTC +04:00)
"Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə səhələrə nəzərən İCRA FAİZLƏRİ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra faizini açıqlayıb.

Trend AMB-nin açıqladığı hesabata istinadən xəbər verir ki, strategiyanın ümumi icra faizi 81,8 olub.

Sahələr üzrə icra faizi belə müəyyənləşdirilib:

Sahələr üzrə bu göstərici ən çox (100%)“Peşəkar inkişaf və maliyyə məlumatlılığı”nda qeydə alınıb.

Digər sahələr üzrə göstəricilər belə olub: sığorta sektoru - 86,2 faiz, kapital bazarları - 69,4 faiz, ödəniş sektoru - 88 faiz, bank sektoru - 79,2 faiz, rəqəmsal maliyyə - 88,9 faiz, dayanıqlı maliyyə - 76,9 faiz.

Qeyd edək ki, üçillik Strategiya maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, həmçinin şәffaflıq və dayanıqlılığının gücləndirilməsi kimi strateji məqsədləri özündə əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti