...

Yapon alimlər ucuz və yüksək-dəqiqlikli DNT analizi metodu icad edib

Dünya xəbərləri Materials 22 Aprel 2025 14:30 (UTC +04:00)
Yapon alimlər ucuz və yüksək-dəqiqlikli DNT analizi metodu icad edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Osaka Universitetindən olan alimlər yeni DNT müayinəsi üsulu icad edibləri. Yeni metod ənənəvi PZR testlərini əvəzləyə bilər.

Trend xəbər verir ki, tədqiqatın nəticələri “ACS Sensors” dərgisində nəşr olunub.

Nəşr yazır ki, əgər PZR testlərində DNT-nin surətinin çıxarılması tələb olunursa, yeni texnologiya dərhal lazım olan hissəni aşkar etməyə imkan verir - bunun üçün isə lazer şüası və xüsusi hissəciklərdən istifadə olunur. Bu metod test prosesini daha sürətli, daha ucuz və sadə edir, yəni onu hər kəs üçün əlçatan hala gətirir.

Qeyd edilir ki, PZR testləri COVID-19 pandemiyası dövründə geniş yayılmışdı. Lakin bu testlər bahalı avadanlıqlar, zaman və mütəxəssis iştirakı tələb edir.

Osaka Universitetinin tədqiqatçıları bildirir ki, onların yeni metodu cəmi beş dəqiqəyə nəticə verir və ən müasir PZR testlərindən on dəfə daha həssasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti