...

Azərbaycan və Somali arasında müdafiə sahəsində əməkdaşlıq sazişi ratifikasiya edilib

Siyasət Materials 22 Aprel 2025 12:54 (UTC +04:00)
Azərbaycan və Somali arasında müdafiə sahəsində əməkdaşlıq sazişi ratifikasiya edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”i ratifikasiya edib.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” 2025-ci il fevralın 12-də Bakıda imzalanıb.

Saziş tərəflər arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün hüquqi çərçivənin yaradılması məqsədinə xidmət edir.

Razılaşmaya əsasən, tərəflər Sazişin müddəalarını dövlətlərinin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun həyata keçirirlər və bu əməkdaşlığın üçüncü tərəf əleyhinə yönəlməyəcəyi barədə razılığa gəlirlər.

Saziş 20 maddədən ibarətdir.

Sazişdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın müdafiə və hərbi təhlükəsizlik, sülhə dəstək əməliyyatları, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi, hərbi təlim və təhsil, müdafiə sənayesi və texnologiyası və s. kimi sahə və formaları sadalanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti