Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda 1402 ədəd noutbuk istehsal edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 601 ədəd və ya 75% çoxdur.
Bununla yanaşı, ötən ay Azərbaycanda 1640 ədəd stolüstü kompüter və 115,5 min ədəd ölçmə cihazları istehsal edilib.
Ötən ilin eyni ayları ilə müqayisədə stolüstü kompüter istehsalı 1182 ədəd və ya 3,6 dəfə, ölçmə cihazları hasilatı isə 2,4 dəfə artıb.
Qeyd edək ki, Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-mart aylarında 50,9 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 31,4% artıb, elektrik avadanlıqlarının istehsalı isə 2,4% azalıb.