Bakı.Trend:
ABŞ prezidenti Donald Trampın sülh planına atəşkəs rejiminə nəzarət məqsədilə Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi daxil edilə bilər.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri rəsmilərdən ibarət mənbələrinə istinadən məlumat yayıb.
“Dayanıqlığın təmin edilməsi qüvvələri ukraynalıların əldə etmək istədikləri təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və biz onların bunu əldə edəcəyinə inanırıq”, - məlumatda qeyd olunub.
Həmçinin, əlavə ölçü kimi Ukrayna, Rusiya və NATO üzvü olmayan üçüncü – neytral bir ölkənin iştirakı ilə cəbhə xəttinin monitorinqini aparacaq birgə komissiyanın yaradılması təklifi nəzərdən keçirilir.