...

Bəzi tibb mərkəzlərində bir-birini təkrarlayan pozuntular aşkarlanıb – Millət vəkili

Cəmiyyət Materials 22 Aprel 2025 13:07 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Büdcə vəsaitlərinin klassik sərəncamcısı kimi Səhiyyə Nazirliyində və tabeli qurumlarda (buraya publik hüquqi şəxslər də daxildir) keçirilən auditlərdə cox praktik və gələcək risklərin qarşısının alınması istiqamətində irəli sürülən təkliflərin şahidi oluruq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, səhiyyə islahatları kontekstindən yanaşdıqda yeni idarətmə modellərinin və icbari sığortanın tətbiq olunduğu TƏBİB tabeli publik hüquqi şəxslər xüsusi olaraq diqqəti cəlb edir:

“Son illərdə Sumqayıt Tibb Mərkəzi, Gəncə birləşmiş xəstəxanası və Kliniki Tibbi Mərkəzdə aparılan uyğunluq auditi nəticəsində bir birini təkrarlayan mahiyyətcə eynilik təşkil edən pozuntuların şahidi oluruq:

1. Çarpayı sayının eyni qalması və yaxud azalması fonunda ştat sayının kəskin artımı (10-15%). Ştat vahidlərində qeyri-tibb personalının 35%-dən yuxarı həddə çatması.
2. Ştat cәdvәlinin vahid tarif-ixtisas kitabçasına uyğun olmaması nәzәrdә tutulmayan vәzifәlәrin müәyyәn edilmәsi ilә dövlәt vәsaitinә әlavә tәlәbat yaradılması.
3. PHŞ-lərdə qarışıq və natamam iqtisadi idarəetmənin olması səbəbindən əsassız ödənişlərin olması. Müəssisələrdə iqtisadi hesabatlılığın gecikməsi səbəbindən əsas gəlir gətirən həkimlərə həvəsləndici əlavələrin 3-4 ay gecikməsi.
4. Dövlәt әmlakının uçotu vә istifadәsinin düzgün tәşkil edilmәmәsi bir sıra hallarda aktivlәrin әksik vә ya artıq gәlmәsi dövlәt әmlakının sәmәrәli vә funksional fәaliyyәtә uyğun idarә olunmaması. Xüsusən burada dövlət əmlakının icarəyə və ya autsorsinqə verilməsinə diqqət ayrılmalıdır.
5. Bəzi hallarda dövlət əmlakının icarəyə verilməsi zamanı dövlət-özəl tərəfdaşlıgı haqqında qanuna istinad edilsə də, dövlət-özəl tərəfdaşlıgı layihələri 30 mln AZN-dən yuxarı müqavilələr ücün nəzərdə tutulub. Dövlət tibb müəssisələrinin ərazisi və əmlakının icarəyə verilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb.
6. İcbari tibbi sıgorta vəsaitləridən dövlət tibb müəssisələrində və ya özəl müəssisələrdə istifadə zamanı iqtisadi cəhətdən əsaslandırılan və rəqabət məcəlləsinin müddəaları nəzərə alınan metodlardan istifadə olunmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti