...

"Hizbullah" tərksilah olunmağa hazırdır - İsrailə 4 şərt irəli sürüb

Dünya xəbərləri Materials 22 Aprel 2025 14:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Hizbullah” hərəkatı o halda öz dəstələrinin tərksilah edilməsinə razı olacaq ki, İsrail tərəfi müəyyən şərtləri yerinə yetirsin və təcavüzdən zərər görmüş rayonlar bərpa olunsun.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Livan parlamentində “Müqavimətə sadiqlik” fraksiyasının deputatı Həsən Fədlalla bildirib.

“Biz ilk növbədə Livana son günlərə müşahidə olunan hücumlara son qoyulmasını tələb edirik. İkincisi iğala son qoyulmalıdır və İsrail qoşunları Livan ərazisindən çıxarılmalıdır. Üçüncüsü biz, düşmən tərəfindən tutulmuş bütün əsirlərimizin azad edilməsini gözləyirik”,- deyə o bildirib.

“Hizbullahı” təmsil edən deputatın sözlərinə görə, dördüncü şərt isə döyüşlərin gedişində maddi ziyan dəymiş yaşayış məntəqələrinin bərpa olunmasıdır.

“Təcavüz zamanı dağıdılmış və ziyan görmüş bütün evlər bərpa olunmalıdır. Bütün bu şərtlər yerinə yetirilsə, biz Livanın azadlıq doktrinasının müzakirəsinə başlaya biləcəyik”, deyə Fədlalla qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti