Bakı. Trend:
Mingəçevir Dövlət Universitetində 20 gün ərzində elektron jurnala keçid ediləcək.
Trend xəbər verir ki, bu barədə universitetin yeni təyin edilmiş rektoru Anar Eminov sosial şəbəkə hesabında paylaşım edib.
"Hörmətli MDU kollektivi, dəyərli tələbələr:
Son günlər tələbələrlə olan imtahan öncəsi görüşlərin nəticəsi olaraq aşağıdakı qərarlar qəbul edilmişdir:
- 20 gün ərzində ənənəvi jurnaldan imtina, elektron jurnala keçid;
- Elektron İmtahan Mərkəzinin qurulması və yekun imtahanların mərkəzləşdirilmiş qaydada aparılması;
- Test bankının öncədən tələbələrə təqdim edilməsi. Bunun üçün test imtahanı keçiriləcək fənlərin sonuncu kollokviumlarının kompüter vasitəsilə mərkəzləşdirilmiş qaydada keçirilməsi;
- Şifahi, yazılı və test imtahanlarına hazırlıq məqsədilə tələbələrə əlavə olaraq 2 dərs təlimlərin (seminarların) verilməsi;
- Mühəndislik ixtisaslarında pilot imtahanların tətbiqi;
- İmtahan proseslərinin təkmilləşdirilməsi və tələbələrə dəstək üçün “Qaynar xətt” yaradılması,
- Tələbələrin təcrübə işinin təkmilləşdirilməsi və Elektron Təcrübə Portalının yaradılması;
- Magistr dissertasiyalarının müdafiəsi zamanı qabaqcıl sənaye nümayəndlərinin cəlb olunması.
Dəyişikliklər daha obyektiv qiymətləndirmə və prosesin şəffaflığını artırmaq məqdsədi daşıyır",- deyə o paylaşımda qeyd edib.