...

Bank sektorunun inkişaf strategiyası üzrə icra vəziyyəti və hədəflər açıqlanıb

İqtisadiyyat Materials 22 Aprel 2025 15:39 (UTC +04:00)
Bank sektorunun inkişaf strategiyası üzrə icra vəziyyəti və hədəflər açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda bank sektorunun inkişaf strategiyası üzrə icra vəziyyəti məlum olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusuna istinadən xəbər verir.

Belə ki, bank sektorunda strategiyanın plan üzrə icra olunan fəaliyyət istiqamətləri 79,2 faiz, gecikən fəaliyyət istiqamətləri isə 20,8 faiz olub.

Bu sektorda əsas nailiyyətlər kimi “Banklarda korporativ idarəetmə Standartları”na dəyişikliyin edilməsi, “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nın təsdiq edilməsi, “Nəzarət texnologiyaları (Suptech) üzrə Yol Xəritəsi”nin təsdiqi, eləcə də “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın təsdiqi və dayanıqlı mikromaliyyə modeli üzrə təklifər paketinin hazırlanması göstərilib.

Bank sektorunda görüləcək addımlar kimi isə aalternativ maliyyələşdirmə alətləri üçün tənzimləyici mexanizllərin yaradılması və metodoloji dəstəyin təmin edilməsi, banklar arasında ortaq xidmətlər (shared services) və resurslardan effektiv istifadə imkanlarının araşdırılması, qabaqcıl təcrübələrə müvafiq olaraq kredit ittifaqı biznes modellərinin təkmilləşdirilməsinin dəstəklənməsi, ICAAP/ILAAP (Internal Capital Adequacy Assessment Process/ Internal Liquidity Adequacy Assessment Process) implementasiyası üzrə tələblərin hazırlanması və banklara dəstək göstərilməsi, risk əsaslı tənzimləmə və nəzarət modelinə müvafiq olaraq nəzarət proseslərinin modernizasiyası, eləcə də konsolidasiya edilmiş tənzimləmə və nəzarət üzrə yanaşmanın hazırlanması müəyyənləşdirilib.

Sektorun gecikən fəaliyyət istiqamətlərinə layihə və sindikatlaşdırılmış maliyyələşdirmənin tətbiq imkanlarının araşdırılması, təchizat zəncirinin maliyyələşdirilməsi alətlərinin tətbiqi ilə bağlı təşviqedici hüquqi çərçivənin formalaşdırılması, BOKT-lərin institusional potensialının gücləndirilməsi, eləcə də aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasına Beynəlxalq Maliyyə Hesabatı Standartları yanaşmasının tətbiqinin nəzərdən keçirilməsi daxildir.

Qeyd edək ki, Strategiyaya uyğun olaraq bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə, bank sektorunda biznes kreditlərinin həcminin ehtimal olunan potensialının 16,5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı və risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti