...

Tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə edilməsi təklif olundu: Spiker etiraz etdi

Cəmiyyət Materials 22 Aprel 2025 13:43 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə edilməsi təklif olunub.

Trend xəbər verir ki, bu təkliflə Milli Məclisin deputat Səyyad Salahlı parlamentin bugün keçirilən iclasında çıxış edib.

O bildirib ki, abidələrin sonrakı taleyi ilə bağlı narahatlıq keçirməliyik:

“Abidələri pasportlaşdırırıq, bəs onların sonrakı aqibəti nə olacaq? Mədəni, tarixi abidələrə ciddi nəzarət yoxdur. Abidələri bərpa etmək üçün onları iş adamlarına vermək lazımdır. Bu abidələr milli mənsubiyyətimiz, özümüzün tarixidir. “Qorxma mən səninləyəm” filmi çəkilən abidənin vəziyyəti indi necədir? Ümumiyyətlə, bunların sonrakı taleyi ilə bağlı narahat olmalıyıq”.

Spiker Sahibə Qafarova isə deputatın çıxışına etirazını bildirib: “Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökümətinə nə olub ki, bunlar mütləq biznesmenlərə verilə?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti