Bakı. Trend:
Mediasiya tərəflərinin hüquq və vəzifələri artırılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, tərəflər bu qanunun 36.7-ci maddəsində nəzərdə tutulmuş hal (Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir) istisna olmaqla mediasiya xərclərini ödəyəcəklər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.