Bakı. Trend:
Asiya İnkişaf Bankı öz inkişaf etməkdə olan üzvlərinin, o cümlədən Azərbaycanın çay hövzələrində dayanıqlığın artırılmasına dəstək göstərəcək.
Trend bu barədə Banka istinadən xəbər verir.
Dayanıqlı Çay Hövzələri üzrə Təşəbbüs (Resilient River Basin Initiative, RRBI) adlanan layihə “mənbədən dənizə kimi” kompleks yanaşmanın nəzərə alınması ilə gerçəkləşəcək.
Bu təşəbbüs səylərin miqyasının artırılması ilə bağlı bankın artıq mövcud olan proqramlarını effektiv şəkildə inteqrasiya etməklə, AİB inkişaf etməkdə olan üzv dövlətlərin iqlim dəyişikliyinin fəsadlarına daha yaxşı hazırlaşmasına kömək etmiş olacaq. Təklif olunan klaster texniki yardım (1,3 milyon və 500 min ABŞ dolları həcmində) iqlimlə bağlı tədbirlər sahəsində AİB strateji prioritetlərinə uyğun gəlir.
Xüsusilə, texniki yardımda bunlar nəzərdə tutulur:
(i) çay ekosistemlərinin sağlamlığına uzunmüddətli təhdid yaradan kəskin, xroniki və sistem faktorların təhlili üçün tədqiqatların aparılması;
(ii) təhlükəsizliyin, əhalinin rifahının, iqtisadi dayanıqlılığın qorunması məqsədilə siyasi, təşkilati, maliyyə və texniki həllərin hazırlanması məsələləri üzrə üzv-dövlətlər və layihə komandaları arasında məşvərət;
(iii) yeni investisiya layihələrinin hazırlanmasına;
(iv) çay hövzələrinin idarəedilməsi sahəsində bilik və qabaqcıl təcrübələrin mübadiləsinə töhfə vermək.
Azərbaycanla yanaşı, layihə Ermənistan, Banqladeş, Butan, Kamboca, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Nepal, Pakistan, Filippin, Çin, Şri-Lanka, Tacikistan, Tayland, Timor-Leşti, Türkmənistan, Özbəkistan və Vyetnamı əhatə edir.