Bakı. Trend:
Tacikistanda 4 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında fövqəladə vəziyyətlər və mülki müdafiə üzrə komitənin böhran vəziyyətlərinin idarə olunması mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanın Bakı vaxtı ilə 09:04-də baş verdiyi qeyd olunur. Seysmik aktivliyin episentri paytaxt Düşənbədən 166 km şimal-qərbdə olub.
İtkilər və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, bundan bir gün əvvəl də ( 21 aprel) Tacikistanda yeraltı təkanlar qeydə alınmışdı. Onların ən güclüsünün maqnitudası 4 bal təşkil edirdi.