...

"Qalatasaray" uruqvaylı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaq

İdman Materials 22 Aprel 2025 02:44 (UTC +04:00)
"Qalatasaray" uruqvaylı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaq

Bakı. Trend:

Lukas Torreyra "Qalatasaray"da çıxışını davam etdirəcək.

Trend-in məlumatına görə, uruqvaylı yarımmüdafiəçi ilə 3 illik yeni müqavilə imzalanacaq.

Məlumata əsasən, İstanbul təmsilçisi 29 yaşlı futbolçu ilə danışıqları başa çatdırıb və tərəflər cari mövsümün sonunda bitəcək müqavilənin müddətini daha 3 il uzatmaq barədə razılığa gəlib.

Qeyd edək ki, o, artıq 3 ildir "Qalatasaray"ın formasını geyinir və bu müddətdə komanda ilə iki dəfə Türkiyə çempionluğunu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti