Bakı. Trend:
İstismarçılar tərəfindən hava limanı (aeroport) və ya aerodrom binalarının, uçuş-enmə zolaqları, sürmə yolları və perronların işıqları son texnoloji yeniliklərdən istifadə etməklə enerjiyə qənaət üçün led lampalarla əvəzlənməlidir.
Trend xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası”nda öz əksini tapıb.
Qərara əsasən, enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə enerji auditləri aparılacaq.
İstismarçılar tərəfindən hava limanının (aeroportun) və ya aerodromun ərazisində fəaliyyət göstərən bütün subyektlər bərpa olunan enerji mənbələrindən istifadəyə təşviq edilməlidir.