...

Marko Rubio Dövlət Departamentində hərtərəfli islahatların başlayacağını elan edib

Dünya xəbərləri Materials 22 Aprel 2025 20:08 (UTC +04:00)
Marko Rubio Dövlət Departamentində hərtərəfli islahatların başlayacağını elan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət katibi Marko Rubio Dövlət Departamentində hərtərəfli islahatların başlayacağını elan edib.

Trend-in məlumatına görə, o, bununla bağlı danışarkən bildirib ki, hazırkı formada Departament şişirdilmiş və bürokratikdir, böyük güclərin rəqabəti fonunda əsas diplomatik missiyanı yerinə yetirmək iqtidarında deyil.

Onun sözlərinə görə, genişlənən bürokratiya Amerikanın əsas milli maraqlarını inkişaf etdirmək əvəzinə, daha çox radikal siyasi ideologiyaya bağlı bir sistem yaradıb.

“Buna görə də bu gün mən Departamenti 21-ci əsrə gətirəcək hərtərəfli yenidənqurma planını elan edirəm. Bu yanaşma Departamenti ən aşağıdan, yəni bürolardan tutmuş səfirliklərə qədər gücləndirəcək. Funksionallığı artırmaq üçün regionyönümlü funksiyalar birləşdiriləcək, lazımsız ofislər bağlanacaq və Amerikanın əsas milli maraqlarına uyğun olmayan qanunsuz proqramlar fəaliyyətini dayandıracaq”, - deyə Rubio əlavə edib.

Xəbər lenti

Xəbər lenti