...

Kaya Kallas Azərbaycana səfər edəcək

Siyasət Materials 22 Aprel 2025 21:44 (UTC +04:00)
Kaya Kallas Azərbaycana səfər edəcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, səfər çərçivəsində Kaya Kallas bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.

Xəbər lenti

Xəbər lenti