...

Donald Tramp Yaxın Şərqə səfər edəcək

Dünya xəbərləri Materials 22 Aprel 2025 23:17 (UTC +04:00)
Donald Tramp Yaxın Şərqə səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp mayın 13-dən 16-dək Yaxın Şərqə səfər edəcək və bu zaman Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə baş çəkəcək.

Trend-in məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə səfərin tarixlərini təsdiqləyib.

O, mayın 13-dən 16-dək Prezident Trampın Yaxın Şərqdəki üç ölkəyə səfər edəcəyini açıqlayıb.

Mart ayında Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında, Tramp və Putin arasında Səudiyyə Ərəbistanında görüşün baş tutma ehtimalını istisna etməyib, lakin təkbətək sammitin yeri ilə bağlı dəqiq məlumatın olmadığını qeyd etmişdi.

Bundan başqa, ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff, Bloomberg-ə müsahibəsində, Rusiya-Amerika sammitinin Səudiyyə Ərəbistanında keçirilə biləcəyini təklif edib və bu görüşün baş tutma ehtimalını yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti