Bakı. Trend:
ABŞ İranın mayeləşdirilmiş neft qazının (LPG, propan və butan qarışığı) daşınmasına görə məsul olan iki fiziki və 12 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
Bryus bildirib ki, "Bu gün Birləşmiş Ştatlar İran vətəndaşı Seyid Əsədullah Emamcomehə və onun LPG daşıma şəbəkəsinə qarşı sanksiyalar tətbiq edir. Onlar yüz milyonlarla dollarlıq İran LPG və neftini xarici bazarlara ixrac ediblər".
Diplomat əlavə edib ki, bu gəlirlər İranın nüvə proqramı, ballistik raketlərin hazırlanması və terror qruplaşmalarına dəstək kimi zərərli fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə olunur.