Bakı. Trend:
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Herta” klubunun təklifini geri çevirib.
Trend-in məlumatına görə, futbolçunun “Nürnberq”də qalmaq niyyətində olduğu bildirilir.
Buna baxmayaraq, Emreli ilə klub arasında yeni müqavilə ilə bağlı hələlik konkret razılıq əldə olunmayıb. 27 yaşlı hücumçunun gələcək karyerasına dair qərarın mövsümün sonunda veriləcəyi gözlənilir.
Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlində “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı. Razılaşmaya əsasən, komanda yüksək liqaya yüksəlmədiyi halda, futbolçu azad agent statusu əldə edəcəkdi. Hər halda, azərbaycanlı hücumçu “Nürnberq”də qalmaq qərarını da istisna etmir.