...

Azərbaycan Kubokunun final oyununun tarixi dəyişdirilib

İdman Materials 22 Aprel 2025 21:17 (UTC +04:00)
Azərbaycan Kubokunun final oyununun tarixi dəyişdirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Kubokunun final matçının keçirilmə tarixi dəyişdirilib.

Bu barədə Trend-ə Peşəkar Futbol Liqasından məlumat verilib.

Tarix dəyişikliyinə səbəb mayın 21-də Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatının final oyununun iyunun 1-nə təsadüf etməsidir.

Minifutbol Federasiyasının Peşəkar Futbol Liqasına etdiyi müraciət nəzərə alınaraq, Azərbaycan Kubokunun final qarşılaşmasının tarixi bir gün əvvələ – mayın 31-nə dəyişdirilib.

Qeyd edək ki, qarşılaşma əvvəlcədən planlaşdırıldığı kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti