Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın 2025 və 2026-cı illər üzrə cari əməliyyatlar balansı üzrə proqnozunu açıqlayıb.
Trend xəbər verir ki, aprel ayı üçün "World Economic Outlook" hesabatına əsasən, BVF Azərbaycanın cari əməliyyatlar balansının profisitinin 2025-ci ildə 7,8%, 2026-cı ildə isə 4,1%-ə düşəcəyini gözləyir.
Təşkilatın qiymətləndirmələrinə görə, 2024-cü ildə bu rəqəm 7,8% olub.
Qeyd edək ki, BVF həmçinin növbəti iki il ərzində Azərbaycanın iqtisadi artım tempinin tədricən azalacağını göstərir.
Beləliklə, 2025-ci ildə ÜDM-in real artımı 3,5%, 2026-cı ildə isə 2,5%-ə qədər azalacağı gözlənilir. Eyni zamanda, ilkin hesablamalara görə, 2024-cü ildə artım 4,1% təşkil edib.