...

BVF Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

İqtisadiyyat Materials 22 Aprel 2025 18:29 (UTC +04:00)
BVF Azərbaycanda inflyasiya proqnozunu yeniləyib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın növbəti iki il ərzində tədricən artacağını gözləyir.

Trend xəbər verir ki, son proqnoza əsasən, ölkədə istehlak qiymətləri indeksi (İQİ) 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə 4,5 faiz təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə inflyasiya 2,2 faiz səviyyəsində qiymətləndirilir.

Milli statistika da bahalaşmadan xəbər verir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artıb.

Qiymət artımı bütün əsas kateqoriyalar üzrə qeydə alınıb: ərzaq məhsulları, içkilər və tütün məmulatları 5,7 faiz, qeyri-ərzaq məhsulları 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 7,4 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti