...

Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib

İdman Materials 22 Aprel 2025 20:44 (UTC +04:00)
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi tarix dəyişdirilib.

Trend Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Bakıda mayın 21-də başlayacaq minifutbol üzrə dünya çempionatıdır. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.

Bununla əlaqədar olaraq, Minifutbol Federasiyası PFL-ə Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Buna müsbət rəy verən qurum həlledici matçın iyunun 1-də deyil, mayın 31-də təşkil olunması barədə qərar qəbul edib.

Qarşılaşma saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti